Havanın temperaturu 4-6 dərəcə aşağı enəcək
04.07.2017 [13:10]
Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Mülayim cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 34-39 dərəcə isti olacağı gözlənilir. Bakıda gecə 22-24, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.