Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah bəzi rayonlarda yağış yağacaq

05.07.2017 [13:19]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.