MƏDƏNİYYƏT


Həsənağa Qurbanovuun doğum günüdür

Tanınmış musiqiçi Həsənağa Qurbanov 1955-ci ildə Naxçıvan şəhərində anadan olub. Gülara Əliyeva adına “Dan ulduzu” instrumental ansamblının bədii rəhbəri olan Həsənağa Qurbanov fitri istedada malik musiqiçi kimi tanınmaqla yanaşı, həm də dirijor, təşkilatçı və tükənməz insani keyfiyyətləri ilə də seçilib. Azərbaycan milli musiqisinin ölkəmizdə və respublikamızın hüdudlarından kənarda tanınmasında və təbliğində onun böyük xidmətləri olub.