MƏDƏNİYYƏT


Xalq artisti Hökümə Qurbanovanı xatırlayırıq

Azərbaycanın Xalq Artisti Hökümə Qurbanovanın doğum günüdür (1913-1988). Konservatoriyada təhsil alarkən dramaturq və teatr xadimi Cəfər Cabbarlının təşəbbüsü ilə "Almaz" filmində Yaxşı roluna çəkilib. Teatr tariximizdə Hökümə Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə obraz yaradan ikinci qadın sənətkar olmayıb.