CƏMİYYƏT


Qubada meşəlik ərazidə itkin düşən 6 yaşlı uşaq tapılıb

İki gün əvvəl Quba rayonunun Əski İqrıq kəndində itkin düşən 6 yaşlı uşaq avqustun 30-da tapılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları dağlıq və meşəlik ərazidə yerləşən istirahət mərkəzlərinin birində olarkən itkin düşən Quba şəhər sakini Əliyev Natiq Namiq oğlunu meşədə tapıblar. Uşağın vəziyyəti normaldır.