Azərbaycan Dövlət İnformasiya Agentliyi

MOİK-in idmançıları 32-ci dünya çempionatında iştirak edəcəklər

16.09.2017 [18:48]

Xəbərin mətni
Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları sentyabrın 18-dən 25-dək Litva Respublikasının Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatında iştirak edəcəklər. AZƏRTAC xəbər verir ki, sentyabrın 16-da MOİK-də dünya çempionatında iştirak edəcək idmançıların yola düşməzdən əvvəl toplantısı keçirilib.