Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Bu gün “Qarabağ” “Roma” ilə qarşılaşacaq

27.09.2017 [11:23]

Xəbərin mətni
Sentyabrın 27-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “C” qrupunda yer alan Ağdamın “Qarabağ” klubu İtaliya təmsilçisi “Roma”nı Bakı Olimpiya Stadionunda qəbul edəcək. Görüşü Portuqaliyadan olan baş hakim Artur Dias idarə edəcək.
Qeyd edək ki, oyun saat 20:00-da başlayacaq.