İDMAN


Bu gün “Qarabağ” doğma meydanda “Atletiko Madrid”i qəbul edəcək

Futbol üzrə UEFA Çempionlar Liqasının “C” qrupu çərçivəsində Ağdamın “Qarabağ” komandası bu gün növbəti oyununu keçirəcək. AZƏRTAC xəbər verir ki, qrup mərhələsinin üçüncü turunda Ağdam təmsilçisi “Atletiko Madrid”i qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək oyunu fransalı baş hakim Ruddi Buquet idarə edəcək. Ona həmyerliləri Guillaume Debart və Frederik Cano kömək edəcəklər. Dördüncü hakim funksiyasını Bertrand Jouannaud yerinə yetirəcək. Matçın əlavə köməkçi hakimləri isə Amauri Delerue və François Letexierdir.