İDMAN


“Qarabağ” qrupda ilk xalını qazandı YENİLƏNİB

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində “Qarabağ”-“Atletiko Madrid”lə qarşılaşıb. Oyun heç-heçə ilə başa çatıb. Bununla da "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində ilk xalını qazanıb. AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən oyunu fransalı baş hakim Ruddi Buquet idarə edib. Ağdam təmsilçisinin start heyətində meydana İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Pedro Enrike, Mahir Mədətov, Rəşad Sadıqov, Riçard Almeyda, Ansi Aqolli və Bədavi Hüseynov çıxıblar.