Pekində müasir Azərbaycanın qurucusu Heydər Əliyevin anım mərasimi keçirilib
13.12.2017 [11:37]
Xəbərin mətni
Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Pekində ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü münasibətilə anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, səfir Əkrəm Zeynallı Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin tarixin yetirdiyi ən dahi şəxsiyyətlərdən biri olduğunu deyib. O, ölkəmizin tarixinin 30 ildən artıq bir dövrünün, bu illər ərzində bütün sahələrdə dirçəlişin məhz Ulu Öndərin adı ilə sıx bağlı olduğunu diqqətə çatdırıb.