Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mbappe Fransada ilin ən yaxşı gənc oyunçusu elan edilib

18.12.2017 [12:07]

Xəbərin mətni
PSJ futbol klubunun hücumçusu Kilian Mbappe Fransada ilin ən yaxşı gənc oyunçusu elan edilib. Fransanın “Telefoot” şousunun təqdim etdiyi bu mükafat uğrunda mübarizədə 18 yaşlı forvard “Mançester Yunayted” komandasından Antoni Marsyalı və “Marsel”dən Maksim Lopesi geridə qoyub.