Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sudan Respublikasının KİV-ləri AZƏRTAC ilə əməkdaşlığa can atır

18.12.2017 [17:27]

Xəbərin mətni
AZƏRTAC Sudan Respublikasının media qurumları ilə təcrübəsini bölüşməyə və əməkdaşlıq əlaqələri qurmağa hazırdır. Bu fikir Sudanın bir sıra telekanallarının və qəzetlərinin, həmçinin turizm şirkətinin nümayəndələri ilə AZƏRTAC-da keçirilən görüşdə səslənib.