Azərbaycan Dövlət İnformasiya Agentliyi

“El Klassiko”: 1,5 milyard avroluq oyun

23.12.2017 [12:47]

Xəbərin mətni
Dekabr 23-də İspaniya La Liqasında “Real Madrid” və “Barselona” klubları qarşı-qarşıya gələcəklər. AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, “El Klassiko” adlanan oyunda meydançaya dünyanın ən bahalı futbolçularına malik iki komanda çıxacaq. “Real Madrid” klubu 743,8 milyon avro ilə dünyada ən bahalı futbol komandası hesab edilir. “Barselona” isə 706,5 milyon avro ilə Madrid təmsilçisindən sonra bu göstəriciyə görə ikinci yeri tutur. İki komandanın oyunçularının hazırkı bazar qiyməti, ümumilikdə, 1 milyard 450 milyon 300 min avrodur.