İDMAN


Azərbaycan Milli Antidopinq Agentliyi il ərzində səmərəli fəaliyyət göstərib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2017-ci ildə İSO 9001:2015 beynəlxalq sertifikatını qazanıb ki, bu da antidopinq sahəsində mühüm nailiyyət hesab olunur. AZƏRTAC xəbər verir ki, bunu hesabat ilində AMADA tərəfindən görülən işlərin yekunlarına həsr olunan mətbuat konfransında qurumun direktoru Şəfəq Hüseynli söyləyib. Ş.Hüseynli bildirib ki, 2017-ci ilin noyabrında Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) növbəti iclasında AMADA-nın ötən bir il ərzində gördüyü işlər yüksək qiymətləndirilib və Azərbaycan antidopinq sahəsində böyük addımlar atan və inkişaf edən nümunəvi ölkə kimi qeyd edilib.