ELM VƏ TƏHSİL


Qubada Reyhan Camalova ilə görüş keçirilib

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev əvvəlcə qədim mədəniyyət və təfəkkür mərkəzi kimi tanınan Qubada elmə və elmi yaradıcılığa olan maraqdan söz açıb. Yeni nəslin savadlı, cəmiyyətə faydalı yetişməsində təhsilin önəmini xüsusi vurğulayıb. Ziyəddin Əliyev "Rainergy" ixtirası ilə ABŞ Prezidenti Donald Trampın baş müşaviri və prezidentin sammitdəki nümayəndəsi İvanka Trampın da dəstəyinə nail olan Reyhan Camalovanın uğurunu yüksək qiymətləndirib.