İDMAN


“Barselona” klubu braziliyalı yarımmüdafiəçi Filippe Koutinyonu transfer edib

İspaniyanın “Barselona” futbol klubu “Luverpul”un braziliyalı yarımmüdafiəçisi Filippe Koutinyonu transfer edib. Futbolçunun keçidi ümumilikdə 160 milyon avro məbləğində transfer müqaviləsi əsasında reallaşıb. “Barselona” 25 yaşlı futbolçu ilə 5,5 illik müqavilə imzalayıb. Müqaviləyə əsasən, yarımmüdafiəçinin sərbəst qalması üçün 400 milyon avroluq məbləğ müəyyənləşdirilib.