İDMAN


“ASAN Könüllüləri” arasında şahmat üzrə Vüqar Həşimov xatirə turnirinə start verilib

Yanvarın 11-də Azərbaycanın tanınmış şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimovun əbədiyyətə qovuşmasından dörd il ötür. AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Binəqədi Rayon Gənclər Evində Vüqar Həşimovun xatirəsinə həsr olunan “ASAN” könüllüləri arasında sayca üçüncü şahmat turniri təşkil edilib. Turnirin açılışında qeyd olunub ki, insan haqqında ən yaxşı xatirələr onun əməlləridir.