İDMAN


Lionel Messinin illik məvacibi 104 milyon avro təşkil edir

“Football Leaks” nəşri hücumçu Lionel Messinin “Barselona” ilə yeni müqaviləsinin təfərrüatını açıqlayıb. AZƏRTAC «L’Equipe» nəşrinə istinadla xəbər verir ki, müqavilə şərtlərinə görə, argentinalının illik məvacibi vergi tutulana qədər 104 milyon avro təşkil edir. Futbol tarixində ilk dəfədir ki, futbolçu il ərzində zəmanətli şəkildə bu qədər məbləğdə məvacib alır.