Bakıda keçiriləcək BMX üzrə dünya çempionatının Təşkilat Komitəsinin İşçi Qrupunun iclası olub
13.01.2018 [18:14]
Xəbərin mətni
İyunun 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə təşkil olunacaq dünya çempionatı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 15 noyabr tarixli Sərəncamına əsasən yaradılmış Təşkilat Komitəsinin İşçi Qrupunun iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə aidiyyəti nazirliklərin, digər dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.