Azərbaycan Dövlət İnformasiya Agentliyi

Arda Turan icarə əsasında “Başakşəhər” klubuna transfer edilib

13.01.2018 [19:12]

Xəbərin mətni
Türkiyə millisinin və İspaniyanın “Barselona” komandasının futbolçusu Arda Turan İstanbulun “Başakşəhər” klubuna transfer edilib. AZƏRTAC hər iki klubun saytına istinadla xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi icarə əsasında 2,5 il ərzində “Başakşəhər” komandasının formasını geyəcək.