Azərbaycan Dövlət İnformasiya Agentliyi

Həmyerlimiz “O səs Türkiyə” səhnəsində kövrəldi

15.01.2018 [10:42]

TV8-də yayımlanan “O səs Türkiyə” yarışmasının ikinci turunun növbəti buraxılışları yayımlanıb. Hadisənin komandasında yarışan həmyerlimiz Ozan Əhmədovun çıxışı maraqla qarşılanıb və o növbəti mərhələyə keçib. Hadisə ifaçının mahnını ürəkdən oxumasının və gözlərinin dolmasının səbəbini soruşub. Ozan kövrələrək bunu sevdiyi xanımla bağlı olduğunu bildirib.