Azərbaycan Dövlət İnformasiya Agentliyi

İspaniya polisi Messini xeyriyyə oyunları vasitəsilə gəlirlərini gizlətməkdə şübhəli bilir

16.01.2018 [16:52]

Xəbərin mətni
İspaniya polisi “Barselona”nın hücumçusu Lionel Messini xeyriyyə oyunlarının təşkilindən əldə olunan gəlirləri gizlətməkdə şübhəli bilir. AZƏRTAC xəbər verir ki, mənbənin məlumatına görə müstəntiqlər Messinin fondu tərəfindən 2012-ci və 2013-cü illərdə təşkil olunmuş xeyriyyə oyunları barədə məlumatları toplayıblar.