MƏDƏNİYYƏT


Azərbaycanın və Avstriyanın gənc musiqiçiləri Vyanada konsert veriblər

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qonaqlara konsert ideyası haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan Mədəniyyət Mərkəzi yarandığı ilk gündən ölkəmizin incəsənətini və musiqisini Avstriyada ən yüksək səviyyədə təqdim etməyi qarşısına məqsəd qoyub. Bu məqsədlə Mərkəzin layihələrinə Azərbaycanın tanınan səhnə xadimləri dəvət olunur, onların avstriyalı həmkarları ilə eyni səhnəni paylaşmalarına şərait yaradılır.