MƏDƏNİYYƏT


Sofiyada Azərbaycan film gecəsi təşkil olunub

Sofiyanın Kino Evində Menar Film Festivalı çərçivəsində Azərbaycan kinosunun 120 illik yubileyi ilə əlaqədar filmi gecəsi təşkil olunub. Tədbir ölkəmizin Bolqarıstandakı səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.