MƏDƏNİYYƏT


Qubanın 63 yaşlı sakini qədim xalçaçılıq ənənələrini davam etdirir

Quba rayonunun Təngəaltı kəndində də qədim xalçaçılıq ənənələri davam etdirilir. Bu kəndin 63 yaşlı sakini Firuzə Fətəliyeva qırx ildən çoxdur ki, xalça toxumaqla ailə büdcəsini təmin edir. Onun toxuduğu xalçalar yüksək keyfiyyətinə görə fərqlənir. Bunun əsas səbəbi xalçaçının xammal kimi yalnız özünün əyirdiyi yundan və təbii boyalardan istifadə etməsidir.