MƏDƏNİYYƏT


Qar görmək istəyən turistlər Qusara üz tutur

Şimal bölgəsinə qarın yağması bölgəyə gələn turistlərin sayına ciddi təsir edib. Son üç gündə Qusar rayonuna adi günlərlə müqayisədə 3-4 dəfə çox turist gəlib. Qusar Turizm İnformasiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayondakı otel və qonaq evlərinin 90 faizi əvvəlcədən sifariş edilib. Yerli turistlərin sayının çoxalmasına səbəb rayonun ağ örpəyə bürünməsi ilə yanaşı, hazırda təhsil müəssisələrində qış tətilinin olmasıdır.