MƏDƏNİYYƏT


Mədəniyyət və turizm naziri Xırdalan şəhərində vətəndaşlarla görüşüb

Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səslənib. Sumqayıt sakinləri şəhərdəki Heydər Əliyev Mərkəzində ödənişli xidmətlərin göstərilməsi, “Kimyaçı” mədəniyyət sarayının nəzdində filarmoniyanın yaradılması, beynəlxalq dekorativ sənət ustalarının festivalının keçirilməsi, istedadlı gənclərin yaradıcılığının dəstəklənməsi və stimullaşdırılması məqsədilə auksion mərkəzinin təşkili, regionda fəaliyyət göstərən turizm obyektləri haqqında məlumat bazasının yaradılmasını xahiş ediblər.