MƏDƏNİYYƏT


Dekorativ-tətbiqi sənət nümunələri hazırlayan Qusar sakini “ABAD”a qoşulmaq istəyir

Qusar sakini Səbinə Rüstəmovanın hazırladığı dekorativ-tətbiqi sənət nümunələri görənlərin diqqətini çəkir. Üç aydır bu işə maraq göstərən S.Rüstəmova artıq 100-dən çox əl işi hazırlayıb. Dekorativ-tətbiqi sənət nümunələrinin hazırlanmasında saplardan, silikon, yapışdırıcı, farfor, balıqqulağı, boyaq maddələri və digər vasitələrdən istifadə edilir.