Vyanada Fərhad Bədəlbəylinin yubiley konserti olub
01.02.2018 [11:07]
Xəbərin mətni
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti, professor Fərhad Bədəlbəylinin 70 illiyi münasibətilə Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli musiqiçinin yubiley konserti olub. Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova yubilyarın həyat və yaradıcılığından söz açıb. Qeyd edilib ki, Fərhad Bədəlbəyli soykökü və fəaliyyətinin əsas mərkəzi Qarabağla sıx bağlı olan böyük yaradıcı nəslin davamçısıdır.