CƏMİYYƏT


Seçki hüququ üzrə treninqlər davam edir

Aprelin 11-də keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı məntəqə seçki komissiyalarının üzvləri üçün təşkil olunan seçki hüququ üzrə üçgünlük treninqlər davam edir. Mərkəzi Seçki Komissiyasının (MKS) təşkilatçılığı ilə martın 12-dən başlayan treninqlər 45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyasında gün ərzində iki dəfə olmaqla yüksək fəallıq şəraitində keçir.