CƏMİYYƏT


Şimal rayonlarının məktəbliləri cənub bölgəsi istiqamətində yola çıxıblar

Martın 15-də “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunan tur-aksiyanın şimal rayonlarından olan iştirakçıları Lənkəran-Masallı-Astara marşrutu üzrə yola çıxıblar. AZƏRTAC xəbər verir ki, cənub bölgəsinə ekskursiyada Quba, Qusar və Xaçmaz rayonlarının 120 nəfər yuxarı sinif şagirdi iştirak edir.