CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin ideyalarına sadiqdir

Mayın 10-da Fövqəladə Hallar Nazirliyində (FHN) ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə təntənəli mərasim keçirilib. Tədbirdə çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin həyat yolundan, tarixi xidmətlərindən danışaraq qeyd edib ki, ölkəmizin bugünkü inkişafına və çiçəklənməsinə görə Dahi Rəhbərə borcluyuq.