NASA Marsa helikopter göndərəcək
12.05.2018 [12:15]
Xəbərin mətni
ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) 2020-ci ildə Marsa helikopter göndərməyi planlaşdırdığını bildirib.
Agentliyin mütəxəssisləri aparatın üzərində 4 il çalışıblar. Ölçüsünə görə top boyda olan qurğunun ağırlığı 1,8 kiloqramdır. Onun ikili pəri dəqiqədə 3 min dövrə vurur ki, bu da adi helikopterdə olduğundan 10 dəfə çoxdur.