ELM VƏ TƏHSİL


“ADA” Universitetində mühəndislik və robototexnika yarışı keçirilir

Mayın 12-də “ADA” Universitetində məktəblilər arasında “FIRST LEGO League (FLL) Azərbaycan” mühəndislik və robototexnika yarışına başlanılıb. Yarışın yekununda iştirakçılar medal və sertifikatlarla, müxtəlif kateqoriyalar üzrə qalib komandalar isə kuboklarla mükafatlandırılacaq. Çempion olan məktəb komandası isə iyunun 6-dan 8-dək Estoniyanın paytaxtı Tallinndə keçiriləcək açıq beynəlxalq turnirdə iştirak edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır