Xaçmazda “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıblar
16.05.2018 [19:19]
Xəbərin mətni
Xaçmazda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsində seçilən şagirdlər mükafatlandırılıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan mükafatlandırma mərasimində rayon üzrə seçilən qaliblərə xüsusi mükafat və diplom verilib.