Azərbaycan Dövlət İnformasiya Agentliyi

DİM “Dövlət orqanlarında daxili nəzarət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi” ilə bağlı seminar təşkil edib

17.05.2018 [14:14]

Dövlət İmtahan Mərkəzi Avropa İttifaqı ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) birgə təşəbbüsü olan SIGMA proqramı çərçivəsində həyata keçirdiyi “Dövlət orqanlarında daxili nəzarət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi” ilə bağlı birgə layihə çərçivəsində seminar təşkil edib.