Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaqatalada baramaçılığın inkişafı üçün çox böyük potensial var

22.05.2018 [17:17]

Xəbərin mətni
Son illər Zaqatala rayonunun Lahıc kəndində də baramaçılıq ənənələrinin bərpa edilməsi istiqamətində mühüm işlər görülüb. Kəndin ərazi icra nümayəndəsi Yaşar İbrahimov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbət zamanı bildirib ki, əhali sovet dövründə də baramaçılıqla məşğul olub, bu sahədə zəngin təcrübəsi var. Vaxtilə bu kənddə 14-15 ton barama istehsal olunurdu. Baramaçılığın inkişaf etdirilməsi istiqamətində görülən işlər kənd əhalisinin ürəyincədir.