ELM VƏ TƏHSİL


700 bal toplayan abituriyent: Yüksək nəticə göstərməyi hədəf seçmişdim

Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi olan Rəna Əliyeva Dövlət İmtahan Mərkəzinin mayın 20-də ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanında IV ixtisas qrupu üzrə 700 bal toplayan yeganə abituriyentdir. Rəna deyir ki, qəbul imtahanında yüksək nəticə göstərməyi əvvəldən hədəf seçib.