CƏMİYYƏT


Qubada keçirilən “Ailə bayramı”nda Azərbaycanın bütün şəhər və rayonları təmsil olunub

Mayın 23-də Qubada keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Ailə bayramı”na ölkəmizin bütün şəhər və rayonlarından ailələr qatılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan bayram tədbirində “Bacarıqlı əllər”, “Milli mətbəx”, “Yaradıcı ailə”, “Nümunəvi ailə”, “İntellektual oyun”, “İdman yarışı” nominasiyaları üzrə qaliblər mükafatlandırılıb.