CƏMİYYƏT


Milli Məclisdə “Azərbaycan ailə modeli: müasirlik və dəyərlər” mövzusunda tədbir keçirilib

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin ulu öndər Heydər Əliyevin adi ilə bağlı olduğunu deyib. Diqqətə çatdırıb ki, Ümummilli Lider hər zaman milli mənəvi dəyərlərin qorunmasının vacibliyini xüsusi qeyd edirdi.