CƏMİYYƏT


Göyçayda 4 otaqlı ev yanıb

Göyçay rayonunda fərdi yaşayış evi yanıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün saat 14 radələrində rayonun Bığır kənd sakini Hacıyeva Kifayət Şamil qızına məxsus ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.