CƏMİYYƏT


“Sevdiyim” layihəsinə Quba “ASAN həyat” kompleksində yekun vurulub

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən “ASAN Radio”nun direktoru Emin Musəvi layihə haqqında məlumat verib. Bildirib ki, “Sevdiyim” layihəsi “ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və “ASAN Radio”nun birgə təşkilatçılığı ilə reallaşıb. Layihənin məqsədi tarixi ənənələrin qorunması və təbliği, milli mənəvi dəyərlərə sadiqlik, azərbaycançılıq, dövlətçilik məfkurəsinin genişləndirilməsidir.