Birinci sinfə qəbulun ilk mərhələsi yekunlaşır
11.06.2018 [12:54]
Paytaxtın ümumtəhsil məktəblərində 2018-2019-cu tədris ili üçün birinci sinfə şagird qəbulunun ilk mərhələsi iyunun 14-də yekunlaşır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, yeni dərs ili üçün birinci mərhələdə (fevralın 22-dən iyunun 14-dək) online qeydiyyatdan keçmiş valideynlər iyunun 20-dək övladının sənədlərini məktəbə təqdim etməlidirlər. Birinci sinfə qəbul prosesində iyunun 14-dək elektron qeydiyyata alınan ərizələr üzrə sənədlər iyunun 20-dək məktəbə təqdim olunmadığı halda həmin sorğu sistemdən silinəcək.