Buraxılış imtahanlarının nəticələri elan olunub
23.06.2018 [19:03]
İyunun 21-də keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib.