ELM VƏ TƏHSİL


Gəncədə Azərbaycanın dövlətçilik tarixinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans işə başlayıb

Konfransda Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi - Prezidentin köməkçisi Dilarə Seyidzadə, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatları, respublikamızda fəaliyyət göstərən bir çox elm və təhsil müəssisələrinin rəhbərləri, tanınmış elm xadimləri iştirak edirlər. Həmçinin 20 ölkədən (Rusiya, Pakistan, Hindistan, Gürcüstan, Misir, Özbəkistan, Şimali Kipr, Ukrayna, Belarus, Moldova, Polşa, Albaniya, Qazaxıstan və sair) ümumilikdə 40-a yaxın tarixçi-alim də beynəlxalq konfransda təmsil olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır