Quba ərəb ölkələrindən olan turistləri özünə cəlb edir
11.07.2018 [14:55]
Xəbərin mətni
Bu yay mövsümündə Qubaya gələn əcnəbi turistlərin sayında əvvəlki illərə nisbətən 30 faizdən çox artım var. Xarici qonaqlar arasında ərəb ölkələrindən gələnlər üstünlük təşkil edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin şimal bölgəsinə gələn turistlər arasında ən populyar səyahət istiqaməti Quba-Xınalıq turizm marşrutudur. Rayonunun Azərbaycan paytaxtına məsafə baxımından yaxın region olması da turist axınında böyük rol oynayır.