Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin Bakı konfransının açılış mərasimi olub

16.07.2018 [19:55]

Xəbərin mətni
İyulun 16-da Heydər Əliyev Sarayında Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (International Society for Music Education – ISME) 33-cü Ümumdünya Konfransının açılış mərasimi olub. AZƏRTAC xəbər verir ki, açılış mərasimində respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, habelə konfransda iştirak etmək üçün ölkəmizə təşrif buyuran beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.