Yaxın gələcəkdə daha çox çinli turist Azərbaycana cəlb olunacaq
17.07.2018 [15:26]
Çinlilər dünyada turizmə ən çox pul xərcləyən xalqlar sırasında ön pillədədir. Yaxın gələcəkdə daha çox çinli turistlər Azərbaycana cəlb olunacaq. Çinli turistlərin Azərbaycana səfər etməsi ölkəmizdə turizmin inkişafı üçün mühüm amil ola bilər. Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov belə deyir.