Azərbaycan Dövlət İnformasiya Agentliyi

İlk “ağıllı” pul kisəsi təqdim olunub

23.07.2018 [16:28]

"OraSaifu" adlı qurğu pul kisəsi və ödəniş metodlarına yeni baxış təqdim edir. Rəngli displeyə malik kiçikölçülü smartfona oxşayan bu cihaza debet və kredit kartlarının məlumatlarını yükləmək olar. Alış-verişdən öncə sadəcə müvafiq kartı seçərək NFC təmassız texnologiyası üzrə ödəniş etmək lazımdır.