MƏDƏNİYYƏT


Yaxın zamanlarda turistlərin və yerli əhalinin Safariyə gəzintiləri təşkil olunacaq

Ekoturizmin geniş yayılan növlərindən olan safari turizmi Azərbaycanda da inkişaf etdirilməkdədir. İqlimi, təbiəti ilə yerli və xarici turistlərin diqqətini çəkən ölkəmizin gözəl guşələrindən sayılan Şamaxıda da safari park salınıb. Parkın baş bələdçisi Şamxal Həsənov deyir ki, bu parkda Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından gətirilən üç növdən ibarət 260 baş nəcib maral, 280 baş lan və 250 baş muflon adlı genetik qiymətli heyvan saxlanılır.